image-reklam-veteninfo
image-1backend

Tramp Hamadehin Azərbaycan barədə məqaləsini bölüşüb

image-reklam-veteninfo

ABŞ Konqresinin Respublikaçı üzvü Abe Hamadeh Azərbaycana səfəri, Prezident İlham Əliyevlə keçirdiyi görüş və Azərbaycanın strateji əhəmiyyətinə dair “Newsmax” portalında məqalə dərc edib.

ABŞ Prezidenti Donald Tramp həmin məqaləni özünün “Truth Social” hesabında paylaşıb.

Hamadeh yazısında bildirib ki, Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü ona ABŞ-nin etibarlı tərəfdaşlarla əməkdaşlığının əhəmiyyətini bir daha göstərib: “Azərbaycandan yenicə qayıtmışam və Prezident İlham Əliyevlə görüş keçirdim. Bu səfər bir daha göstərdi ki, Amerika etibarlı tərəfdaşlarla fəal əməkdaşlıq etdikdə onun təsiri daha güclü olur.”

Konqresmen Azərbaycanın geostrateji mövqeyinə də diqqət çəkərək qeyd edib ki, ölkə Avropa ilə Asiyanın kəsişməsində yerləşən, həm Rusiya, həm də İranla həmsərhəd olan mühüm enerji istehsalçısı, nəqliyyat qovşağı və təhlükəsizlik tərəfdaşıdır: “Azərbaycan Vaşinqtonda həmişə gündəmin mərkəzində olmasa da, dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir.”

Hamadeh vurğulayıb ki, Prezident Donald Trampın rəhbərliyi dövründə Ermənistan və Azərbaycan davamlı sülh istiqamətində mühüm irəliləyiş əldə edib və ABŞ bu prosesdə fəal iştirakını davam etdirməlidir: “Əgər Amerika liderlik etməsə, Rusiya və İran kimi rəqib güclər yaranan boşluğu doldurmağa çalışacaq”.

Qeyd edək ki, Abe Hamadeh iyun ayında Azərbaycana səfər edib, Prezident İlham Əliyev və digər yüksəkvəzifəli rəsmilərlə görüşlər keçirib. Görüşlərdə Azərbaycan-ABŞ münasibətləri, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan sülh prosesi və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki