image-reklam-veteninfo
image-1backend

Tramp İrana zərbə endirmək qərarını ləğv etdi, amma…

image-reklam-veteninfo

ABŞ prezidenti Donald Trampın Tehran və Vaşinqton arasında danışıqların bərpası ilə bağlı iddiaları yalandır: İran Omanla yalnız Hörmüz boğazında təhlükəsiz naviqasiyanı təmin etmək üçün danışıqlar aparır.

Vətəninfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.

O, mətbuat konfransında bildirib ki, “Hazırda ABŞ ilə danışıqlar aparmırıq. Hörmüz boğazından təhlükəsiz naviqasiyanı təmin edən marşrut üzrə razılığa gəlmək üçün Omanla danışıqlar aparılır”.

Tramp daha əvvəl ABŞ və İranın 3 avqustda sülh danışıqlarına başlayacağını açıqlamışdı.

Tramp həmçinin TruthSocial sosial şəbəkəsində yazıb ki, Tehranla razılığa gəlmək üçün İrana qarşı böyük bir zərbəni ləğv etməyə razılaşıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki