image-reklam-veteninfo
image-1backend

Tramp: “ İranla  Dohadakı görüşün əhəmiyyəti hələ bəlli deyil”

image-reklam-veteninfo

Bu gün ABŞ prezidenti Donald Tramp İranla Qətərin paytaxtı Dohada keçirilməsi ehtimal olunan görüşlə bağlı yeni açıqlama verib.

Vətəninfo.az xəbər verir ki, Tramp çıxışı zamanı Dohada planlaşdırıldığı deyilən görüşün baş tutub-tutmayacağı və nəticələrinin necə olacağı ilə bağlı qeyri-müəyyən mövqe sərgiləyib.

“Dohadakı görüş bəlkə də vacib olacaq, bəlkə də vacib olmayacaq. Bunu biləcəyik”, – deyə ABŞ prezidenti bildirib.

Trampın açıqlaması İran rəsmilərinin və danışıqlar qrupuna yaxın şəxslərin Dohada ABŞ nümayəndə heyəti ilə görüş keçiriləcəyi barədə xəbərləri ardıcıl şəkildə təkzib etməsi fonunda səsləndirilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki