image-reklam-veteninfo
image-tramp-22222backend

Tramp: İranla müharibəyə yox, sülhə  üstünlük verərdim

image-reklam-veteninfo

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla məsləhətləşmələri davam etdirdiyini və razılaşmaya nail olmağa ümid etdiyini bildirib.

Vətəninfo.az xəbər verir ki, Amerika lideri bu barədə Nevada ştatının Las-Veqas şəhərinin ətrafında çıxışı zamanı danışıb.

“İnsanları öldürmək istəmədiyim üçün razılaşma əldə etməyə üstünlük verərdim. Amma biz dialoq aparırıq. Gəlin görək nə baş verəcək”, – deyə Tramp bildirib. Onun sözlərinə görə, İran hakimiyyəti ABŞ-yə hörmətlə yanaşır.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. İyunda Vaşinqton və Tehran hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb.

Lakin iyulun 8-nə keçən gecə ABŞ Tehranı Hörmüz boğazı ilə bağlı razılaşma şərtlərini pozmaqda ittiham edərək İrana qarşı genişmiqyaslı zərbələri bərpa edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki