image-reklam-veteninfo
image-1backend

Tramp Zelenskiyə :Ukrayna adından danışıqları dayandır

image-reklam-veteninfo

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəsi adından aparılan danışıqları başqa bir şəxsə həvalə etməsinin vaxtının çatdığını bildirib.

Vətəninfo.az xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında Zelenskinin danışıqlara rəhbərlik etməsinin məqsədəuyğun olub-olmadığını şübhə altına alıb.

“Düzünü desəm, düşünürəm ki, Ukrayna adından başqasının danışıqlar aparmasının vaxtıdır. Bəlkə də Zelenskinin danışıqları başqasına təhvil verməsinin vaxtıdır”, – deyə ABŞ Prezidenti qeyd edib.

Tramp bu açıqlamanı jurnalistin Zelenskinin ABŞ prezidentinin Rusiya ilə bağlı mövqeyini tənqid etməsinə münasibət bildirməsini istəməsindən sonra verib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bir gün əvvəl NBC News telekanalının “Meet the Press” proqramına müsahibəsində Trampın Rusiyaya dəstək verməsinin “tarixi səhv” olacağını bildirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki