image-reklam-veteninfo
image-1backend

Trampdan Avropaya sərt mesaj: “Bunu heç vaxt unutmayacağıq!”

image-reklam-veteninfo

ABŞ Prezidenti Donald Tramp NATO müttəfiqlərinin İranla bağlı münaqişə zamanı Vaşinqtona dəstək verməkdən imtina etməsini tənqid edib. O, Avropa ölkələrinin mövqeyinin ABŞ tərəfindən unudulmayacağını bildirib.

Vətəninfo.az  xəbər verir ki, Tramp bu barədə Kanzas ştatında keçirilən mitinqdə çıxışı zamanı danışıb.

ABŞ Prezidenti qeyd edib ki, Vaşinqtonun NATO müttəfiqlərindən kömək istəməsi həm də onların alyans çərçivəsində ABŞ-a dəstək verməyə nə dərəcədə hazır olduqlarını yoxlamaq məqsədi daşıyıb.

“Biz İranla bağlı kömək istədik. Əslində, buna ehtiyacımız yox idi. Sadəcə, müttəfiqlərimizi sınamaq və NATO-ya bu qədər vəsait xərclədiyimiz halda onların bizə dəstək olub-olmayacağını görmək istəyirdim. Lakin onlar kömək etmək istəmədilər. Bunu heç vaxt unutmayacağıq”, – deyə Tramp bildirib.

ABŞ lideri NATO-nun müdafiəsi üçün Vaşinqtonun hər il milyardlarla dollar vəsait xərclədiyini xatırladaraq, müttəfiqlərin böhran zamanı eyni səviyyədə dəstək göstərməməsindən narazılığını ifadə edib.

“Biz onları qorumaq üçün NATO-ya hər il milyardlarla dollar xərcləyirik. Amma onlardan kömək istəyərkən cavabları “Xeyr, təşəkkür edirəm” oldu”, – deyə Tramp vurğulayıb.

Trampın açıqlamaları İranla bağlı münaqişə fonunda ABŞ ilə NATO müttəfiqləri arasında hərbi əməkdaşlıq və qarşılıqlı öhdəliklər məsələsinin yenidən gündəmə gəldiyini göstərir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki