ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının ara seçkilərdə qalib gələcəyi təqdirdə ölkənin kommunist dövlətə çevriləcəyini iddia edib.
Vətəninfo.az xəbər verir ki, Tramp bu barədə Respublikaçılar Milli Konqresində çıxışı zamanı danışıb.
“Onlar özlərini demokratik sosialist adlandırırlar, amma əslində kommunistdirlər. Onlar sosialist deyillər, sosializmin çoxdan o tərəfinə keçiblər”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti daha əvvəlki çıxışını da xatırladıb:
“Sonuncu Birliyin Vəziyyəti çıxışımda demişdim ki, ölkəmiz heç vaxt sosialist olmayacaq. Mən haqlı idim. Əgər onlar qalib gəlsələr, Amerika kommunist ölkə olacaq”.
Tramp çıxışı zamanı Demokratları məğlub edəcəyinə də söz verib.
ABŞ-da ara seçkilər Konqresin Nümayəndələr Palatasının və Senatın müəyyən hissəsinin formalaşmasında mühüm rol oynayır. Trampın açıqlaması qarşıdan gələn seçkilər fonunda ölkədə siyasi mübarizənin daha da kəskinləşdiyini göstərir.


























