image-reklam-veteninfo
image-x1rphbdcgdianhhhbackend

Tümen Neft Emalı Zavodu dron hücumundan sonra fəaliyyətini dayandırdı

image-reklam-veteninfo

Rusiyanın Tümen Neft Emalı Zavodu pilotsuz uçuş aparatının (PUA) hücumundan sonra xam neft emalını və neft məhsullarının istehsalını tamamilə dayandırıb.

Vətəninfo.az xəbər verir ki, Reuters agentliyinin sənaye mənbələrinə istinadən yaydığı məlumata görə, RI Invest şirkətinə məxsus müəssisədə iyulun 25-də baş verən hücum nəticəsində yanğın yaranıb. Alov ildə 2,6 milyon ton istehsal gücünə malik dizel yanacağının hidrotəmizləmə qurğusunu, həmçinin yüksək oktanlı benzin istehsalı üçün nəzərdə tutulan birləşdirilmiş qurğunu əhatə edib.

Mənbələrin bildirdiyinə görə, benzin istehsalı kompleksinin bərpasının nə qədər vaxt aparacağı hələ məlum deyil.

İllik 9 milyon ton neft emalı gücünə malik Tümen Neft Emalı Zavodu Rusiyanın ən böyük müstəqil neft emalı müəssisəsi hesab olunur. Zavodun benzin istehsalı kompleksi ABŞ-ın UOP şirkətinin lisenziyası əsasında tikilib və 2018-ci ildə istismara verilib.

Müəssisə ildə təxminən 500 min ton benzin və 3 milyon tona yaxın dizel yanacağı istehsal edir. Tümen zavodu iyul ayının əvvəlindən etibarən dron hücumları səbəbindən fəaliyyətini dayandıran altıncı böyük Rusiya neft emalı müəssisəsi olub.

Bundan əvvəl “Qazpromneftexim Salavat” (14 iyul), “Rosneft Syzran” (12 iyul), Saratov (8 iyul), Omsk (6 iyul) və “Lukoyl Nijeqorodnefteorqsintez” (2 iyul) neft emalı zavodları da analoji səbəbdən fəaliyyətlərini dayandırmışdılar.

Energy Intelligence nəşrinin məlumatına görə, Rusiyada neft emalının həcmi iyul ayında sutkada 3,58 milyon barelə enib. Bu göstəricinin ən azı 2002-ci ildən bəri qeydə alınan ən aşağı səviyyə olduğu bildirilir.

Məlumata əsasən, ayın ikinci yarısında ümumi illik gücü 40 milyon ton olan bəzi zədələnmiş zavodlar fəaliyyətini qismən bərpa etsə də, ümumi gücü 45 milyon ton olan bir sıra iri müəssisələr hələ də işləmir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki