image-reklam-veteninfo
image-1backend

Turançı Dərnəklər Birliyinin rəhbəri bu çıxışına görə həbs edildi

image-reklam-veteninfo

Türkiyədə “Milli Həmrəyliyin və Sosial İnteqrasiyanın Gücləndirilməsi Qanunu”na qarşı keçirilən aksiyada səsləndirdiyi fikirlərə görə Turançı Dərnəklər Birliyinin Kayseri vilayət sədri Rabia Coşkun barəsində istintaq başladılıb.

Vətəninfo.az xəbər verir ki, Coşkun Kayseri Cümhuriyyət Meydanında keçirilən aksiya zamanı qanun layihəsini hədəf alan açıqlamalar verib. Onun çıxışından sonra məsələ hüquq-mühafizə orqanlarının diqqətinə çatdırılıb.

Kayseri Baş Prokurorluğu Rabia Coşkun barəsində “yanlış məlumatların ictimaiyyətə yayılması” ittihamı ilə, Türkiyə Cinayət Məcəlləsinin 217/A maddəsi əsasında istintaq başladıb.

İstintaqın Coşkunun avqustun 16-da Kayserinin Cümhuriyyət Meydanında keçirilən mitinq zamanı səsləndirdiyi fikirlər əsasında başladıldığı bildirilir.

Məlumata görə, aksiya Turançı Dərnəklər Birliyi tərəfindən “Milli Həmrəyliyin və Sosial İnteqrasiyanın Gücləndirilməsi Qanunu”na etiraz məqsədilə təşkil olunub.

İstintaq çərçivəsində Rabia Coşkun avqustun 17-də polis əməkdaşları tərəfindən nəzarətə alınıb. Hazırda onunla bağlı hüquqi prosedurların davam etdiyi bildirilir.

Coşkunun bu gün ifadəsinin alınması üçün Kayseri Respublika Prokurorluğuna göndərilməsi gözlənilir.

İstintaq çərçivəsində onun aksiyada səsləndirdiyi fikirlərin qanunvericiliyin tələblərini pozub-pozmadığı araşdırılır. Rabia Coşkunun ittihamlarla bağlı mövqeyi barədə isə əlavə məlumat verilməyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki