image-222backend

Türk alimdən tarixi ixtira: Xərçəng diaqnozunu təyin edəcək geyim

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, elm dünyası taxıla bilən kardiostimulyatorun ixtiraçısı, məşhur türkiyəli fizik Canan Dağdevirendən danışır.

Dağdeviren və elmi komandası döş nahiyəsindəki xərçəng toxumalarını aşkar edə bilən elektron büstqalter hazırlayıb. Cihazdakı ultrasəs sensorlar sayəsində heç bir operatora ehtiyac olmadan bir neçə saniyə ərzində bütün döşün ultrasəs filmi çəkilir. Bunun sayəsində xərçəngli toxuma erkən təsbit edilir və həkimə belə getmədən diaqnoz almaq mümkün olur.

Canan Dağdeviren bu cihaz vasitəsilə periodik darama ilə döşdə xərçəngin erkən təsbit edilə biləcəyini müjdələyib.

49 yaşında ağır döş xərçəngi diaqnozu qoyulan və 6 ay sonra dünyasını dəyişən xalasının ölümündən təsirlənərək bu layihəni işlədiyini söyləyən C.Dağdeviren sosial media mesajında sözügedən mövzu ilə bağlı yazıb: “Fatma xala son 12 gün xəstəxana çarpayısında yatarkən çox düşündük və onun timsalında milyonlarla qadını xilas etmək yollarını axtardıq, tapdıq. Bu aləti bütün qadınlara ərməğan edirəm və deyirəm: siz yalnız deyilsiniz.”

ABŞ-da yaşayan dosent Canan Dağdeviren MİT Media Laboratoriyasında təhsilini davam etdirir. Türkiyəli alim dəri xərçəngini də aşkar edən cihaz və taxıla bilən kardiostimulyatorla tibb aləmində böyük əks-səda yaradıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image