İraqın şimalında həyata keçirilən ”Pəncə-Kilid” əməliyyatı bölgəsində bir hərbçi şəhid olub.
Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bəyanat yayıb.
Bəyanatda bu ifadələrə yer verilib: ”İraqın şimalında həyata keçirilən ”Pəncə-Kilid” əməliyyatı bölgəsində terror təşkilatı tərəfindən əvvəlcədən yerləşdirilən əlqəqayırma bombanın partlaması nəticəsində zabit Ünal Sipahi şəhid olub, bir hərbçi də yaralanıb”.
Bəyanatda həmçinin xəsarət alan hərbçinin xəstəxanaya yerləşdirildiyi bildirilib.


























