image-999backend

Türk Hava Yolları Berlinə bəzi reysləri ləğv etdi

image-reklam_sirab_01

Türk Hava Yolları (THY) sabah Berlinə planlaşdırılan bəzi reysləri ləğv edib.
Vətəninfo.az  xəbər verir ki bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, THY sabah İstanbul Hava Limanından Berlinə TK1721, TK1723, TK1725, TK1727 qarşılıqlı reysləri həyata keçirməyəcək.

“Anadolujet”in Sabiha Gökçen hava limanından Berlinə TK7728 reysi də qarşılıqlı olaraq ləğv edilib.

Bəzi uçuşların ləğv edilməsi qərarına Berlin-Brandenburq Hava Limanında yer xidməti personalı və mühafizəçilərin “xəbərdarlıq tətili”nə görə gəlinib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki