image-zelzele-37-696x392backend

Türk və yapon alimlərdən xəbərdarlıq: hər an 7 baldan güclü zəlzələ gözlənilir

image-reklam_sirab_01

Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun direktoru professor Haluk Özener, yapon alimləri ilə 5 ildir Mərmərə fayını araşdırdıqlarını bildirib. “Hər an 7 baldan güclü zəlzələ baş verə bilər. Nə vaxt olacaq? Heç kim bilmir. İndi nə etmək lazımdır? Bütün tikintilərin keyfiyyəti yoxlanılmalı, ən pis ehtimala hazır olmalıyıq” – professor bildirib.

Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu Mərmərə fayının fərqli xüsusiyyətlərini anlamaq üçün 5 ildir ölçmələrə başlayıb.

Haluk Özener əlavə edib: “Zəlzələlərin miqyasını, müddətini, mərkəzini və vaxtını təyin etmək üçün istifadə olunan seysmometrlərlə yerin hərəkətləri davamlı olaraq qeydə alınır və məlumatlar toplanır. Mərmərə dənizinin 1200 metr dibində olan qurğular hər 6 aydan bir dənizin müxtəlif nöqtələrinə yerləşdirilir. Qırılma (fay) xətləri gəmilərlə xəritələnir. Bütün bu işlər imkan verir ki, fəlakət barədə öncədən məlumatımız olsun xüsusiyyətlərini bu yana başa düşmək şansımız var”.pressklub


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki