image-6441055930778backend

“Türkiyə artıq gedənlərin gəldiyi bir ölkədir” – Ərdoğan

image-reklam_sirab_01

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2018-ci ildən həyata keçirilən “Evə dönüş” layihələri çərçivəsində xarici ölkələrdə çalışan 6000 alimi Türkiyəyə qaytardıqlarını bildirib.

Vətəninfo.az xəbər verir ki, sosial media hesabında “Türkiye Yüzyılı” həştəqi ilə “tərsinə beyin axını” barədə Ərdoğan belə bir paylaşım edib: “2018-ci ildən həyata keçirdiyimiz “Evə dönüş” layihələri çərçivəsində xarici ölkələrdə çalışan 6000 alimi millətimizə və vətənimizə qaytardıq. Beyin axınını tərsinə çevirməyə davam edəcəyik. Çünki Türkiyə artıq gedənlərin gəldiyi bir ölkədir.”

Paylaşmada ibtidai təhsilini Muşda başa vuran, illər sonra xaricə oxuyan və İngiltərədə müəllimlik edən alimin R.T.Ərdoğanın yazdığı məktubla ölkəyə qayıtdığı hekayəsini əks etdirən video da yer alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki