image-6178efa9dfcb5backend

Türkiyə Böyük Millət Məclisi Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsini qəbul etdi

image-reklam_sirab_01

Finlandiyanın NATO-ya üzvlük protokolunun təsdiqi ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasında qəbul edildi.

Vətəninfo.az xəbər verir ki, bununla da bu ölkənin NATO-ya üzv olması üçün Məclisdə atılan addım tamamlandı. Finlandiyanın üzvlük müraciəti bundan əvvəl NATO-ya üzv olan 29 ölkə tərəfindən qəbul edilib.

Türkiyənin də razılığı ilə Finlandiyanın NATO-ya üzvlüyü mümkün olacaq. TBMM-də qəbul edilən mətn təsdiq üçün prezident Ərdoğana göndəriləcək.

Qeyd edək ki, İsveç və Finlandiya bir neçə ay əvvəl NATO-ya üzv olmaq üçün ərizə ilə müraciət edib. Türkiyə onların quruma üzvlüyü üçün terrorçuları dəstəkləməmələri ilə bağlı şərt irəli sürüb.

Dövlət başçısı Ərdoğan daha əvvəl bildirib ki, İsveç rəsmi Ankaranın tələblərini yerinə yetirməsə, NATO-ya üzvlüyü ratifikasiya edilməyəcək. O, deyib ki, Türkiyənin hələ də İsveçdən bəzi gözləntiləri var və onlar yerinə yetirilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki