Türkiyə dövləti Avropada günlərdir davam edən meşə yanğınları ilə mübarizə çərçivəsində İspaniyadan sonra Fransaya da havadan dəstək verir.
Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı sosial şəbəkə hesabında açıqlama verib. O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə daha əvvəl İspaniyaya iki yanğınsöndürən təyyarə göndərilmişdi. Nazir Fransanın kömək müraciətindən sonra bu ölkəyə də iki yanğınsöndürən təyyarənin yollandığını qeyd edib.


























