image-888backend

Türkiyə daha bir fəlakətlə üz- üzə: Atatürk Su Anbarında çatlar əmələ gəlib

image-reklam_sirab_01

Türkiyədə daha bir faciəvi hadisə yaşana bilər. Türkiyə mediasının məlumatına görə  Adıyaman və Şanlıurfa məntəqələri arasında, Fərat çayı üzərində qurulmuş Atatürk Su Anbarının bir neçə divarında zəlzələnin təsirindən çatlar əmələ gəlməsi rəsmən təsdiqlənib. Vətəninfo.az xəbər verir ki, artıq mütəxəssislər Atatürk Su Anbarına baxış keçirirlər.

Bildirək ki, dəniz səviyyəsindən 169 metr hündürlükdə, uzunluğu 1.819 m, sahəsi 817 mln m² və həcmi 48 milyard 700 mln. m³ olan anbar enerji və suvarma məqsədlidir. Dünyada böyüklüyünə görə 6-cı, elektrik istehsalına görə 5-ci su anbarı sayılır.

Mütəxəssislərin rəyinə görə, əgər Atatürk Su Anbarı partlarsa 30 km çevrədəki bütün ərazi suyun altında qalacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki