image-63bbb2f5c6a55backend

“Türkiyə əleyhinə təxribatların acı nəticəsini gördük” – İsveçin Baş naziri Ulf Kristersson

image-reklam_sirab_01

“Türkiyə və İslam əleyhinə hərəkətlərin İsveçin dünyadakı imicinə və ölkədən kənardakı isveçlilərin təhlükəsizliyinə necə riskli və ciddi nəticələr verə biləcəyini gördük”.- Vətəninfo.az xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson siyasi partiya liderləri ilə mətbuata qapalı keçirdiyi görüşdən sonra ölkəsində terror təşkilatı PKK/YPG tərəfdarlarının təşkil etdiyi Türkiyə əleyhinə təxribatlar, Qurani-Kərimin yandırılması və İsveçin NATO-ya müraciət prosesi ilə bağlı verdiyi açıqlamada deyib.

Son bir neçə həftədə paytaxt Stokholmda baş verən hadisələrin İsveçin təhlükəsizliyini mürəkkəb hala gətirdiyini dilə gətirən Kristersson deyib:

“Prezident (Rəcəb Tayyib) Ərdoğana bənzədilmiş oyuncaq kuklanın ayağından asıldığını, daha sonra Türkiyənin Stokholmdakı səfirliyinin qarşısında Qurani-Kərimin yandırıldığını gördük. İsveçdə son bir neçə həftədir qanuni olmasına baxmayaraq kiçik qrupların və şəxslərin hərəkətləri dezinformasiya kampaniyasına çevrildi. İsveçi islamofob ölkə kimi göstərdi. Bunun İsveçin dünyadakı imicinə və ölkədən kənardakı isveçlilərin təhlükəsizliyinə necə riskli və ciddi nəticələr verə biləcəyini gördük”.

U.Kristersson sözügedən hərəkətlərin İsveçin əleyhdarlarına fayda verdiyini ifadə edərək, bu hərəkətləri edənləri “faydalı axmaqlar” adlandırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki