image-merkel-meets-armenian-prime-minister-nikol-pashinyanbackend

Türkiyə, Ermənistan və Azərbaycanın bir-birinə ehtiyacı var. Nikol Paşinyan

image-reklam_sirab_01

“Cənubi Qafqazda Ermənistan-Gürcüstan-Azərbaycan formatında müzakirələrə başlamaq ideyası var.” –Vətəninfo.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan bu gün, dekabrın 12-də deyib.

“İdeya yeni deyil, kifayət qədər köhnədir, mən həmişə o ideyanı dəstəkləmişəm, lakin mən təklif etmişəm ki, bu platforma, ilk növbədə, yalnız və yalnız regionumuzdan nifrətin kökünün kəsilməsi istiqamətində istifadə olunsun. Ölkə liderləri qeyd etməli və deməlidirlər ki, “biz nifrət nitqini istisna etmək üçün bir-birimizlə əməkdaşlığa razıyıq”, – Paşinyan bildirib.

Baş nazir Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan münasibətlərinin çox önəmli olduğunu vurğulayıb. “Bu yaxınlarda Türkiyədə verilən bəyanatla razılaşdığımı bildirmək istəyirəm və ideya ondan ibarət idi ki, regionun bütün dövlətləri, o cümlədən Türkiyə, Ermənistan və Azərbaycan təhlükəsizlik, suverenlik və müstəqilliyin təmin edilməsi baxımından bir-birinə lazımdır. və bu, çox vacibdir. mühüm formuladır”, – Nikol Paşinyan bəyan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki