image-1677148585_turkiye-ermenistan-780x470backend

Türkiyə Ermənistana rədd cavabı verdi – Əvvəl Zəngəzur dəhlizi

image-reklam_sirab_01

Türkiyədə baş vermiş zəlzələdən sonra Ermənistanla sərhədlərin açılması məsələsi yenidən gündəmə gəlib. İrəvandan göndərilən humanitar yardımın zəlzələ bölgəsinə çatdırılması üçün sərhədlərin 35 ildən sonra açılması, ardınca Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə səfəri münasibətlərdə yeni mərhələnin başlanması kimi qiymətləndirilir.

Ermənistanda bəzi siyasətçilər düşünür ki, son hadisələrdən sonra iki ölkə arasında sərhədlərin açılması tezliklə reallaşacaq. Onların iddiasına görə, Türkiyənin Zəngəzur dəhlizinin açılması ilə bağlı tələbi yenidən gündəmə gəlməyəcək.

Bəs bu məqamda Türkiyə rəsmiləri nə düşünür? Ankara Ermənistanla sərhədləri açmağa hazırdırmı? 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım Modern.az-a bildirib ki, Azərbaycan və Ermənistan arasında problemlər həll olunmayana qədər Türkiyə Ermənistanla sərhədləri açmayacaq:

“Bizim əvvəlcə əsas şərt olaraq qoyduğumuz Zəngəzur dəhlizi məsələsi hələ də aktivdir. Türkiyə artıq bir neçə dəfə bildirib ki, Zəngəzur dəhlizi açılmayana qədər sərhədlər açılmayacaq. Bununla bağlı hər hansı müsbət cavab görməsək, Türkiyə tərəfindən addım olmayacaq.

Masada Azərbaycanın olmamağına baxmayaraq, onun istədikləri baş tutmasa, Türkiyə-Ermənistan arasında sərhədlər açılmayacaq. Türkiyənin mövqeyi bu şəkildədir, dəyişən heç nə olmayacaq”.

AKP-ni təmsil edən deputat qeyd edib ki, indiki məqamda sərhədin açılması ən çox Ermənistan üçün vacibdir: 

“Bunun olmasını istəyirlərsə, Azərbaycanın əsas şərtlərini yerinə yetirməlidirlər. Bu mövzuda mütləq Ermənistan Türkiyəyə inam verməlidir. Əks təqdirdə iki ölkə arasında sərhədin açılması mümkün deyil. Əlbəttə, sərhədlərin açılması Ermənistan üçün faydalı olacaq. Eyni zamanda bu addım Ermənistandakı vəziyyətin normallaşması üçün də vacibdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki