image-bez-nazvaniya-1backend

Türkiyə ikili qeydiyyatı olan Rusiya təyyarələrinin ölkə üzərində uçuşunu qadağan edib

image-reklam_sirab_01

Türkiyə hakimiyyəti ikili qeydiyyatlı Rusiya təyyarələrinə ölkənin hava məkanından istifadə etməyi qadağan edib. Vətəninfo.az xəbər verir ki, məhdudiyyət noyabrın 1-dən qüvvəyə minib.

“Nordwind” aviaşirkətinin direktorlar şurasının üzvü Anna Pidqorna Rusiyanın RBC nəşrinə şərhində bildirib ki, Rusiyadan Misirə uçuş müddəti 20-30 dəqiqə artıb, lakin turların qiymətinə təsir göstərməyib.

Eyni zamanda, Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi artıq Türkiyənin bu cür qərarlarını “ayrı-seçkilik” adlandırıb. İdarədən bildiriblər ki,  Beynəlxalq Mülki Aviasiya Təşkilatının məqsəd və vəzifələrinə ziddir.

Bundan əlavə, Rusiya təyyarələrini qeydiyyatdan çıxarmayan Bermud adaları da günahkar bilinib.

“Müvafiq sorğular Rusiya aviadaşıyıcıları tərəfindən Bermud Aviasiya İdarəsinə göndərilib. Bermud adalarının Aviasiya Reyestri tərəfindən təyyarələrin qeydiyyatdan çıxarılmasının gecikdirilməsi Çikaqo Konvensiyasının kobud şəkildə pozulmasıdır”, -Rusiya  Nəqliyyat Nazirliyi əmin edib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki