image-999backend

“Türkiyə ilə sərhədlərin açılması bizi xilas edəcək” – Vahan Kerobyan

image-reklam_sirab_01

“Türkiyə ilə sərhədlərin açılması bizi xilas edəcək” – Vətəninfo.az xəbər verir ki, bu fikirləri Ermənistanın İqtisadiyyat naziri Vahan Kerobyan bildirib.

Vahan Kerobyan bildirib ki, geosiyasi şərait Ermənistanın xeyrinə təşkil olunarsa və Türkiyə ilə sərhəd açılarsa, Ermənistanın bütün iş adamları bunun müsbət təsirini hiss edəcəklər.

“Bizdə olan məlumata görə, hələ də müntəzəm hava yük daşımaları yoxdur. Düzünü desəm, ölkələrin yaxınlığını nəzərə alsaq, çox güman ki, olmayacaq, çünki quru yolu ilə, Gürcüstandan keçməklə nəqliyyat kifayət qədər münasibdir. Hava əlaqəsi isə ilk baxışdan o qədər də cəlbedici deyil. Etiraf edirəm ki, Türkiyə ilə sərhədlər açılsa bu bizə çox şey verəcək və biz iqtisadiyyatımızı dirçəldə biləcəyik”, – Kerobyan bildirib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image