Serbiyada təşkil edilən 76-cı Balkan Atletika Çempionatına 46 idmançı ilə qatılan Türkiyə 24 medal qazanaraq birinci yeri aldı.
Kralyevoda keçirilən tədbirdə milli atletlər 9 qızıl, 7 gümüş və 8 bürünc medal qazandılar.
Vətəninfo.az xəbər verir ki, türk idmançıları üç təkanla tullanmada Tuğba Danışmaz 14 metr, kişilər üç təkanla tullanmada Necati Ər 16.58 metr, disk atma kateqoriyasında Özlem Becerek 57.67 metr, 400 metr maneələrlə qaçışda Yasmani Kopello 48.71 saniyə, 800 metrdə Salih Teksöz 1.47.9202, 200 metrdə Ramil Quliyev 20.69, 1500 metrdə Şilan Ayyıldız 4.17.52 dərəcə ilə, hündürlüyə tullanma kateqoriyasında Alperen Acet 2,28 metr ilə Ertan Özkan, Kayhan Özer, Batuhan Altıntaş və Ramil Quliyevdən ibarət 4×100 metr bayraq komandası da 39.09 saniyə dərəcə ilə tədbiri birinci yerdə tamamlayıb.
Millilər çempionatı ümumilikdə 24 medalla birinci, Serbiya 13 medalla ikinci, 11 medalla Ukrayna üçüncü yeri tutub.