Suriyanın şimalında – “Zeytun budağı” əməliyyatı bölgəsində hücuma hazırlaşdığı müəyyən edilən PKK-nın dörd terrorçusu zərərsizləşdirilib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir.
“Qəhrəman Mehmetçik Suriyanın şimalında PKK/YPG terrorçularına qarşı əməliyyatları davam etdirir. “Zeytun budağı” bölgəsində hücuma hazırlaşdığı müəyyən edilən 4 PKK/YPG terrorçusu xain məqsədlərinə çatmamış zərərsizləşdirilib”. – məlumatda qeyd edilir.