Suriyanın şimalındakı “Sülh çeşməsi” bölgəsində separatçı terror təşkilatı PKK/YPG-dən 6 terrorçu zərərsizləşdirilib.
Vətəninfo.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada Türkiyə Silahlı Qüvvələrinin terrorçulara qarşı mübarizəni effektiv və qətiyyətlə davam etdirdiyi, terrorçuların qaçılmaz axırının bəlli olduğu bildirilib.
Açıqlamada Suriyanın şimalındakı “Sülh çeşməsi” bölgəsində hücuma hazırlaşan daha 6 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyi qeyd edilib.