image-65a281b03b876backend

Türkiyə ordusundan terrorçulara sarsıdıcı zərbə: 25 hədəf məhv edildi

image-reklam_sirab_01

Türkiyə ordusunun İraqın şimalındakı Metina, Hakurk, Qəndil və Suriyanın şimalında həyata keçirilən hava əməliyyatları ilə separatçı terror təşkilatı PKK-nın çox sayda üzvü zərərsizləşdirilib, həmçinin terror təşkilatına aid 25 hədəf məhv edilib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bəyanat yayıb.

Bəyanatda separatçı terror təşkilatı PKK/KCK və digər terror ünsürlərinin zərərsizləşdirilməsi, İraqın və Suriyanın şimalından Türkiyəyə və təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirilən terror aktlarının aradan qaldırılması və sərhəd təhlükəsizliyinin təmin edilməsi məqsədilə hava əməliyyatının həyata keçirildiyi bildirilib. Hava əməliyyatının BMT nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququ çərçivəsində həyata keçirildiyi qeyd olunub.

”İraqın şimalındakı Metina, Hakurk, Qəndil və Suriyanın şimalında terror hədəflərinə qarşı hava əməliyyatları həyata keçirilib. Həyata keçirilən hava əməliyyatları nəticəsində separatçı terror təşkilatı tərəfindən istifadə edilən mağara və sığınacaqlar məhv edilib”,-bəyanatda vurğulanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki