image-receb-teyyub-erdoganbackend

Türkiyə: seçkilərin tarixi dəyişir

image-reklam_sirab_01

Türkiyədə 2023-cü ilin parlament və prezident seçkiləri mayın 14-də keçirilə bilər. Novator.az-ın məlumatına görə, prezident Rəcəb Teyyub Ərdoğan yanvarın 22-si Bursada gənclərlə görüşündə buna işarə vurub. Dövlət başçısı dəqiq tarixin martın 10-da açıqlanacağını deyib.

Marafonun ilkin tarixi iyunun 18-i seçilmişdi.

Novator.az bildirir ki, seçkilərin hakim cinahında əsas qüvvələr Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasıdır.

2001-ci ildə yaradılmış Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğan 2003-cü il martın 14-dən baş nazir olub, 28 avqust 2014-cü ildə prezident seçilib.

2017-ci il aprelin 16-da Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan konstitusiya referendumu olub.

24 iyun 2018-ci ildə Rəcəb Teyyub Ərdoğan yenidən prezident postuna mandat alıb, həmin gün idarə üsulu dəyişib: baş nazir postu ləğv edilib, prezident həm dövlət, həm də hökumət başçısı olub.

2023-cü ilin seçkisində də prezidentliyə namizəd olan Rəcəb Teyyub Ərdoğana Dövlət Baxçalının liderlik etdiyi Milliyyətçi Hərəkat Partiyası və bir neçə başqa partiya dəstək verir.

1954-cü il təvəllüdlü Rəcəb Teyyub Ərdoğan siyasətlə 1976-cı ildən məşğuldur. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub, 1994-1998-ci illərdə Rəcəb Teyyub Ərdoğan İstanbul bələdiyyəsinin başçısı postunu tutub. 1999-cu ildə həbsdə yatıb.

Müxalif cinahın əsas güc mərkəzi kimi Cümhuriyyət Xalq Partiyası, Yaxşı Partiya, Səadət Partiyası, Demokratiya və Sıçrayış Partiyası, Gələcək Partiyası və Demokrat Partiyası cəm olub. Koalisiyanın rezident seçkisində vahid namizədlə iştirakı gözlənir.

600 nəfərlik Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyası çoxluqdadır.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki