image-bez-nazvaniyabackend

Türkiyə Silahlı Qüvvələrinin polkovniki Ünal Atabay: “İran Azərbaycanla bağlı siyasətinə yenidən baxmalıdır”

image-reklam_sirab_01
“İran Türkiyə, Azərbaycan və İsrail arasındakı münasibətlərdən narahatdır. O, hətta, üçlü koalisiya təklifinə də qarşı çıxır. İkinci Qarabağ savaşından sonra İranın Ermənistanla əlaqələri daha da möhkəmləndi, əslində belə davranışa ehtiyac yox idi. Bakı regionda sülh və dostluğu dəstəkləyir. İkinci Qarabağ müharibəsi Cənubi Qafqaza sülh gətirdiyi üçün önəmli sayılmalıdır. Təəssüf ki, İran tərəfi bunun fərqinə varmır”.-Vətəninfo.az xəbər verir ki, bu fikirləri Türkiyə Silahlı Qüvvələrinin polkovniki Ünal Atabay bildirib.
O qeyd edib ki, İranın Qarabağ müharibəsində hərbi qələbə nümayiş etdirən Azərbaycana cavab vermək imkanı yoxdur. İran ordusunda raket sistemlərinin və dronların aktiv modelləri var. Bu modellər Azərbaycan və Türkiyənin təlim keçmiş ordusuna təsir edə bilməz.
Azərbaycan və Türkiyənin ortaq gücü istənilən hücumu dəf etməyə qadirdir. İran bunu anlamalı və Azərbaycanla bağlı siyasətinə yenidən baxmalıdır.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki