image-image_750x_63ac76a8efd1cbackend

Türkiyə və Rusiyadan önəmli saziş

image-reklam_sirab_01

“Rusiya və Türkiyə artıq qaz qovşağının yaradılması layihəsinin həyata keçirilməsi üzərində işə başlayıblar”- Vətəninfo.az xəbər verir ki, bu barədə çərşənbə günü keçirilən konfransda “Qazprom”un baş direktoru Aleksey Miller bildirib.
O qeyd edib ki, hazırda Rusiyanın “Türk axını” və “Mavi axın” dəniz qaz kəmərləri etibarlı işləyir.

“İndi Türkiyə və biz bu ölkədə qaz qovşağı layihəsi üzərində işə başlamışıq. Bu qərar iki dövlətin başçıları səviyyəsində qəbul edilib və biz artıq onun praktiki icrasına başlamışıq”, – “Qazprom”un rəhbəri bildirib.

Miller əmin edib ki, qaz qovşağı təbii qaz bazarında şəffaf və ədalətli qiymətləri təmin edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki