AÇ-2024-ün seçmə qrup mərhələsində 7-cı tura start verildi.
Vətəninfo.az xəbər verir ki, ilk gündə 8 görüş baş tutdu.
D qrupunda Xorvatiya və Türkiyə yığmaları liderlik uğrunda ölüm-dirim savaşına çıxdılar. Qarşılaşma “ay-ulduzlular”ın çox vacib qələbəsiylə yekunlaşdı.
Barış Yılmaz oyunda hesabı açaraq Türkiyə millisini önə çıxardı.
Əsas vaxta əlavə olunan dəqiqələrdə Türkiyə millisinin qapısına təyin olunan penalti “VAR” sistemində baxıldıqdan sonra ləğv edildi.
Bununla da oyunda başqa qol olmadı və Türkiyə millisi Xorvatiyanı 1:0 məğlub edərək qurupda lider oldu.
Latviya yığması isə Ermənistanı məğlub yola saldı.
A qrupunda İspaniya və Şotlandiya yığmalarının oyunu böyük maraqla gözlənilirdi. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər.