image-1668964336331420203_1000x669jpg-1668978586backend

Türkiyə Yaxın Şərqdə nələr etmək istəyir?

image-reklam_sirab_01

Son günlər Türkiyə regonda baş verənləri nəzarətində saxlayır desək yanılmarıq. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Misir prezidenti ilə görüşməsi, İsraillə münasibətlərin normallaşdırılması Yaxımn Şərqdə Türkiyənin mövqeyini daha da güzləndirir. Vətəninfo.az siyasi ekspert Elxan Şahinoğlunun Türkiyənin Yaxın Şərq siyasətindəki rolu barədə fikirlərini təqdim edir:

“Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bir müddətdir xarici siyasətdə geri dönüşə baş vurub. Gecikmiş olsa da, doğru qərardır. Misir və İsraillə münasibətləri gərginləşdirməyə ehtiyac yox idi. Bu iki dövlət Türkiyə ilə münasibətlərin gərgin olduğu dövrdə Türkiyənin ayağının altını qazan əsas dövlət – Yunanıstanla yaxınlaşaraq Afina və Kipr Yunan Respublikası ilə birgə enerji layihələrini müzakirə edirdilər. Türkiyə-İsrail münasibətləri artıq normallaşıb, Ərdoğan vaxtilə əlaqələri kəsdiyi İsrailin hazırki baş nazir Benyamin Netanyahu ilə telefonla danışıb, onu seçkilərdə qələbə münasibətilə təbrik edib, yerdən-yerə vurduğu Misir prezidenti Sisinin əlini sıxıb, növbədə Suriya prezidenti Bəşər Əsəddir. Rəcəb Tayyib Ərdoğan Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəlin vaxtilə ifadə etdiyi “dün dündür, bugün bugündür” fəlsəfəsinə qayıdır.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki