image-77backend

Türkiyədə 7,4 bal gücündə zəlzələ: Onlarla ölən və yaralanan var

image-reklam_sirab_01

Bu gün Bakı vaxtı ilə 05:17-də Türkiyədə çox güclü zəlzələ olub.

Vətəninfo.az xəbər verir k, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələnin gücü Rixter cədvəli ilə 7.4 bala çatıb.

Zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Təbiət hadisəsi paytaxt Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində, eləcə də Suriya, İraq və hətta İsraildə hiss edilib.

İlk titrəyişdən sonra Qaziantep şəhərində 6.4 maqnitudalı afterşok qeydə alınıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 6.98 km dərinlikdə şəhərin Nurdağı rayonunda qeydə alınıb. Afterşok Bakı vaxtı ilə 05:26-da baş verib.

Zəlzələ nəticəsində çoxsaylı ölənlər və yaralananlar var. Malatyada ən azı 23 nəfərin öldüyü, 420 nəfərin yaralandığı bildirilir. Bölgədə 140-dan çox bina dağılıb.

Adıyamanda 28 nəfərin öldüyü, 100-dən çox insanın yaralandığı bildirilir.

Şanlıurfada 15 nəfər ölüb, 30 nəfər yaralanıb. İlkin məlumata görə, 16 bina dağılıb. Diyarbəkirdə 6 nəfər ölüb, 79 nəfər yaralanıb, 6 bina dağılıb.

Osmaniyyə şəhərəində 5 nəfər ölüb. Adanada ən azı 3 bina dağılıb.

Ümumilikdə, ilkin məlumatlara görə, zəlzələ nəticəsində 46 nəfər ölüb, 440 nəfər yaralanıb. Yüzlərlə bina dağlıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki