image-default-1backend

Türkiyədə ağır qəza:  20 nəfər yaralandı

image-reklam_sirab_01

Türkiyənin Uşak şəhərində böyük avtomobil qəzası baş verib.  Vətəninfo.az xəbər verir ki, yük maşınının avtobusla toqquşması nəticəsində 20 nəfər xəsarət alıb.

“Son günlərdə yük maşını qırmızı işıqda keçərək işçiləri daşıyan avtobusla toqquşub, nəticədə 20 nəfər xəsarət alıb. Qəza kameralar tərəfindən lentə alınıb”, – deyə məlumatda bildirilir.

Məlumatda qeyd edildiyi kimi, zərərçəkənlərdən birinin vəziyyəti ağırdır.

Polis əməkdaşları yük maşını sürücüsünü saxlayıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki