Türkiyənin Kırıkkale şəhərində idarəetmədən çıxan avtobus aşıb, 41 nəfər xəsarət alıb.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Xəsarət alanlar hadisə yerindən xəstəxanalara çatdırılıb. Onlardan üçünün vəziyyəti ağırdır.
Baş verən yol-nəqliyyat hadisəsindən sonra avtobus sürücüsü saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.


























