image-zelzele-696x434backend

Türkiyədə daha bir güclü zəlzələ: Bu dəfə ölkənin şərqində

image-reklam_sirab_01

Türkiyənin Muş şəhərinin Bulanık rayonunda 5.4 maqnitudalı zəlzələ olub.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı Bulanıkdan 33 km cənub-qərbdə olub. Zəlzələnin episentri 60 km dərinlikdə olub.

Təbiət hadisəsi Bakı vaxtı ilə 00:05-də qeydə alınıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanlar nəticəsində 9 057 nəfər ölüb, 52 979 nəfər yaralanıb. Dağıdıcı zəlzələ Türkiyənin 10 şəhərində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki