image-777backend

Türkiyədə daha bir zəlzələ

image-reklam_sirab_01

Türkiyədə növbəti zəlzələ hadisəsi qeydə alınıb.

Vətəninfo.az  xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) rəsmi tviter səhifəsində məlumat yayıb.

Bildirilib ki, Rixter şkalası ilə 4.3 balla qiymətləndirilən yeraltı təkan Adıyaman vilayətinin Çelikhan rayonunda baş verib.

Zəlzələnin ocağı yerin 7 kilometr dərinliyində yerləşib. İtki və dağıntılar barədə məlumat verilməyib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 6234 nəfərə çatıb. Son məlumatlara görə, yaralı sayı 37 011 nəfərdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki