image-444444backend

Türkiyədə əcnəbilərə daşınmaz əmlak satmaq qadağan edilir

image-reklam_sirab_01

Türkiyənin cənub-şərqində baş verən zəlzələ qurbanlarının məskunlaşma prosesi ölkədə kirayələrin və mənzillərin qiymətlərinin rekord artımı problemini ortaya çıxarıb. Vətəninfo.az xəbər verir ki, “İyi Parti” partiyasının sədri Meral Akşənər daşınmaz əmlakın əcnəbilərə satışını qadağan etməyə çağırıb.

Partiya sədri bildirib ki, hökumət bu məsələ ilə bağlı hələ heç bir addım atmasa da, ötən il xaricilərə daşınmaz əmlak satışının əvvəlki ilə nisbətən 13 faiz artdığı məlum olub.

Meral Akşener bildirib ki, ümumilikdə 75 min 185 daşınmaz əmlak obyekti 2022-ci ildə xaricilərə satılıb.

“Həmin daşınmaz əmlakların 70 874-ü yaşayış evləri və iş yerləri, 4 311-i isə torpaq, üzümlük və bağlar da daxil olmaqla əsas daşınmaz əmlak olub”, – deyə partiya sədri bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki