image-5555backend

Türkiyədə seçki günü mayın 14-dən iyunun 18-nə dəyişdirilir

image-reklam_sirab_01

Türkiyənin cənub-şərqində baş verən dağıdıcı zəlzələ ilə əlaqədar Türkiyədə ümumi seçkilərin tarixi mayın 14-dən iyunun 18-nə keçirilə bilər. Vətəninfo.az xəbər verir ki, bunu “İyi Parti”nin başqanı Meral Akşener açıqlamasında bildirib.

“Seçkilərin mayın 14-də keçiriləcəyini düşünmürəm, amma düşünürəm ki, seçki  iyunun 18-nə dəyişdiriləcək. Seçkilərin baş tutması üçün biz siyasətçilər öz töhfəmizi verməliyik”, – Akşener deyib.

Türkiyə prezidentinin səlahiyyətlərini icra edən Tayyib Ərdoğan bir müddət əvvəl ölkədə ümumi (eyni zamanda prezident və parlament seçkiləri) mayın 14-nə təyin edildiyini açıqlamışdı. Türkiyə prezidenti hökumətin parlamentə mayın 14-nü Türkiyədə ümumi seçkilər günü kimi qəbul etməyi təklif edəcəyini, parlamentin bundan imtina edəcəyi təqdirdə prezidentin səlahiyyətlərindən istifadə edəcəyini bildirib. Ərdoğanın səlahiyyətləri sərəncamdan 60 gün sonra parlamenti buraxmaq və növbədənkənar seçkiləri elan etmək üçün kifayətdir. Ərdoğan qarşıdan gələn seçkilərdə Cümhuriyyət İttifaqının namizədi olacaq. Altı müxalifət partiyasının koalisiyası hələ ki, namizədini açıqlamayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki