image-9backend

Türkiyədə tarixi abidə aşkar edildi

image-reklam_sirab_01

Türkiyənin Aydın rayonundakı Germencik qəsəbəsindəki Maqnesiya antik şəhərində bərpası gedən Zevs məbədində qurbangah hissəsi aşkar edilib.

Vətəninfo.az xəbər veir ki, Ankara Universiteti Dil, Tarix və Coğrafiya fakültəsi Arxeologiya kafedrasının dosenti Görkem Kökdemirin rəhbərliyi ilə antik şəhərdə iki il əvvəl başlayan arxeoloji qazıntıların nəticəsində “dini aqora” adlanan ərazidə yerləşən Zevs məbədində yeni qalıqlar aşkar edilib. Gün üzünə çıxan qurbangah məbədin qərb hissəsində aparılan qazıntılar zamanı ortaya çıxıb, eni 3 metr 53 santimetr, uzunluğu 5 metr 10 santimetr, hündürlüyü 70 santimetrdir.

Qurbangah Zevs üçün qurbanlıq mərasimlərində istifadə edilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki