image-timthumb-2backend

Türkiyədə zəlzələ ilə bağlı təxribat xarakterli yazılar yazan 27 nəfər həbs edilib

image-reklam_sirab_01

Türkiyə Təhlükəsizlik Baş İdarəsi (EGM) zəlzələ ilə bağlı təxribat xarakterli paylaşımlar etdikləri üçün 27 nəfərin həbs edildiyini açıqlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdən sonra EGM sosial şəbəkələrdə təxribat xarakterli yazılar yayanları izləyib.

EGM bu gün yaydığı bəyanatda təxribat xarakterli paylaşımlar edən 140 nəfərin saxlanıldığını, 27 nəfərin həbs edildiyini bildirib.

Açıqlamada zəlzələdən zərərçəkənlərə kömək etmək istəyənləri aldatmaq üçün açılan 81 internet saytının da bağlandığı bildirilir.

Bundan əlavə, sosial media platformasının rəsmi qurumların adından istifadə edərək və ya təqlid edərək vətəndaşlardan pul tələb edən 15 hesabla bağlı zəruri tədbirlər görüldüyü qeyd edilib.

Qeyd edilib ki, zəlzələdən xilasetmə mövzusundan istifadə edərək pul yatırılması tələb olunan kripto aktiv pul kisələrinin altı ünvanı aşkar edilib və pul kisələri dondurulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki