image-1111backend

Türkiyədə zəlzələ zamanı binalar niyə uçub? – Nazir açıqladı

image-reklam_sirab_01

Zəlzələlər nəticəsində dağılan binaların əksəriyyəti 1999-cu ildən – Türkiyə hakimiyyəti zəlzələ təhlükəsi olan ərazilərdə tikinti qaydalarını sərtləşdirəndən əvvəl tikilib.

Vətəninfo.az xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib.

O qeyd edib ki, evlər qrunt, mühəndis kommunikasiya və torpağın mayeləşməsi ilə bağlı problemlər səbəbindən uçub.

“Dağılan binaların 98%-i 1999-cu ildən əvvəl tikilib. Binaların əksəriyyəti qrunt, torpağın mayeləşməsi və mühəndislik xidmətinin olmaması səbəbindən dağılıb”, – “Yeni Şafak” nazirdən sitat gətirir.

Kurum ağır zədələnmiş binaların söküləcəyini açıqlayıb. Onun sözlərinə görə, Qaziantepdə afterşoklar bu günə qədər davam edir. Nazir əlavə edib ki, bölgədə dəymiş ziyanın qiymətləndirilməsinin böyük hissəsinin yaxın üç gündə başa çatdırılması planlaşdırılır, həftə ərzində təbii fəlakətin Türkiyəyə dəymiş ziyanı qiymətləndiriləcək.

Bir gün əvvəl, fevralın 14-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin zəlzələdən zərər çəkmiş 10 bölgəsində ən azı 41 min binanın dağıldığını və ya qəzalı vəziyyətdə olduğunu, onların təcili sökülməli olduğunu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki