image-444backend

Türkiyədə zəlzələdə həlak olanların sayı 41 mini keçdi

image-reklam_sirab_01

Fevralın 6-da Türkiyədə mərkəzi Kahramanmaraş olmaqla 11 rayonda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə can itkisi 41 mini keçib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi – AFAD zəlzələlərdə 41 min 20 adamın həyatını itirdiyini bildirib.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş rayonunun Pazarcık qəsəbəsində 7,7, saat 13:24-də isə Elbistan qəsəbəsində isə 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 11 rayonda böyük dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş bölgədə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki