Vətəninfo.az xəbər verir ki, fevralın 17-də Türkiyədə xilasedicilər dağıdıcı zəlzələlərdən sonra 11-ci gündə Türkiyənin cənub-şərqində dağıntılar altından 12 yaşlı uşağı çıxarıblar.
Axtarış-xilasetmə işlərinin 260-cı saatında Osman adlı oğlan xilas edilib.
2023-cü il fevralın 6-da Türkiyənin cənub-şərqində Suriya ilə sərhədə yaxın ərazidə güclü zəlzələlər baş verib. Yüzlərlə zəlzələ sərhədin hər iki tərəfində əhəmiyyətli dağıntılara səbəb olub, hər iki ölkədə minlərlə insanın həyatına son qoyub və tibb müəssisələri də daxil olmaqla, mühüm infrastruktura ziyan vurub və ya məhv edib.