image-0000backend

Türkiyədəki neft kəmərləri zəlzələ nəticəsində zədələnməyib- Botaş

image-reklam_sirab_01

“Dağıdıcı zəlzələ Türkiyənin neft boru kəmərlərinə ziyan vurmayıb.” – Vətəninfo.az xəbər verir ki, bu fikirlər Türkiyənin Botaş şirkətinin yaydığı məlumatda yer alıb.

“Yoxlamalar göstərdi ki, xam neft kəmərləri zədələnməyib”, – şirkətin press-relizində deyilir.

Şirkətdən bildirilib ki, ehtiyat tədbiri olaraq, zəlzələnin episentrinə yaxın yerləşən bir sıra rayonlara qaz verilişinin dayandırılması qərara alınıb.

Fövqəladə Hallar Departamentinin məlumatına görə,  76 nəfər həlak olub, 440 nəfər yaralanıb.

Türkiyənin Kahramanmaraş vilayətində saat 04:17-də baş verən 7,4 bal gücündə zəlzələ bir sıra şəhərlərdə dağıntılara səbəb olub. Suriyanın bir sıra bölgələrində dağıntıların baş verdiyi, zəlzələnin Livanın paytaxtı Beyrutda hiss olunduğu barədə də məlumat verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki