image-999backend

TÜRKİYƏDƏKİ XARİCİ TƏLƏBƏLƏR ZƏLZƏLƏDƏN ZƏRƏR ÇƏKƏNLƏRƏ YARDIM ÜÇÜN SƏFƏRBƏR OLUB

image-reklam_sirab_01

Əsrin ən böyük fəlakəti ilə üzləşən Türkiyə ən çətin günlərini yaşadığı bir vaxtda xarici tələbələr başda olmaqla, ölkədəki mühacirlər də Türkiyənin köməyinə gəlib.

Tarixinin ən böyük təbii fəlakətlərindən biri ilə üzləşən Türkiyə çox çətin bir dövr yaşayır. Bütün dünyanın Türkiyənin yaralarını sağaltmaq üçün səfərbər olduğu bir vaxtda ölkənin bir kəsiminin ksenofobiyanı qızışdırmağa çalışdığı müşahidə olunur. Son bir neçə ildir ölkə gündəmini zəbt edən və bəzi partiyaların siyasi alət kimi istifadə etmək üçün cəmiyyətdə yaymağa çalışdığı bu nifrət əslində ksenofobiya deyil, tamamilə qaçqın və mühacir düşmənçiliyidir. Ancaq Türkiyədə mühacirlərə qarşı düşmənçilik üzərində qurulan bu siyasətlə xal qazanmağı gözləmək bu siyasi partiyaların və öz maraqlarını güdən qrupların acizliyindən başqa bir şey deyil. Çünki Türkiyə deyildikdə ağla ilk gələn şübhəsiz türk xalqının qonaqpərvərliyidir. Bütün dünyada bu xüsusiyyəti ilə tanınan Türkiyədə qaçqınlara qarşı düşmənçilikdən xal qazanmağa çalışmaq əslində öz maraqlarını güdən qrupların öz cəmiyyətlərinə nə qədər yad olduğunun ən bariz göstəricisidir.

Belə ki, sözügedən qrupların həyata keçirməyə çalışdıqları bu siyasət Türkiyə cəmiyyətində bir o qədər də qarşılıq tapmayıb. Digər tərəfdən əsrin ən böyük fəlakəti ilə üzləşən Türkiyə ən çətin günlərini yaşadığı bir vaxtda xarici tələbələr başda olmaqla, ölkədəki mühacirlər də Türkiyənin köməyinə gəlib. Bu kontekstdə Beynəlxalq Tələbə Assosiasiyaları Federasiyası (UDEF) və onun çətiri altındakı xarici tələbələr böhranın ilk anından yardım işlərinə başlayıb.

UDEF-in fəaliyyətləri çərçivəsində xarici tələbələr tərəfindən təşkil edilən yardımlarla bağlı daha ətraflı məlumat üçün bir neçə nümunə ilə davam etmək yerinə düşərdi. Təkcə Akdeniz Beynəlxalq Tələbə Dərnəyi tərəfindən toplanan maddi yardımın məbləği 50 min lirə, humanitar yardımın məbləği isə 100 min lirədir. Yardım işlərində iştirak edən xarici tələbələrin sayı isə 90 nəfərdir.

Bâb-ı Alem Beynəlxalq Tələbə Dərnəyinin ümumi humanitar yardımı isə 1,8 milyon lirəyə çatıb. Dərnəyin yardım işlərində 100 xarici tələbə iştirak edib.

Ağrı Nuhun Gəmisi Beynəlxalq Tələbə Dərnəyinin maddi yardımı 45 min lirə, humanitar yardımı isə 500 min lirə təşkil edib. Təkcə Yeni Şərq Beynəlxalq Tələbə Dərnəyindən 120 xarici tələbə yardım işlərində səfərbər olub. Bundan əlavə, 18 min lirə pul və 150 min lirəlik humanitar yardım toplanıb. Yedirenk Beynəlxalq Tələbə Dərnəyindən AFAD, İHH, Kızılay və bələdiyyələr kimi qurum və təşkilatların yardım toplama, çeşidləmə və yükləmə fəaliyyətlərinə 100 xarici tələbə dəstək verib. Digər diqqətçəkən fəaliyyət isə Kayseri Beynəlxalq Tələbə Dərnəyi tərəfindən həyata keçirilib. Bu dərnəkdə peşəkar axtarış-xilasetmə təhsili almış səkkiz fərqli ölkədən 15 xarici tələbə AFAD-ın Kahramanmaraşda apardığı axtarış-xilasetmə işlərinə dəstək verib. Asma Köprü Beynəlxalq Tələbə Dərnəyi isə 23 milyon 623 min 375 lirə maddi yardım toplayıb.

Bu siyahını daha da uzatmaq olar; lakin ümumiləşdirsək, UDEF tərəfindən həyata keçirilən yardım fəaliyyətlərində 1553 xarici tələbə iştirak edib və indiyədək 770 min lirə maddi və 27 milyon lirəlik humanitar yardım toplanıb. Xarici tələbələr bu böyük fəlakətdə Türkiyənin yanında olmaq üçün əllərindən gələni edirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki