image-reklam-veteninfo
image-1backend

Türkiyəli jurnalist Cem Küçük saxlanılıb

image-reklam-veteninfo

Türkiyəli jurnalist və televiziya aparıcısı Cem Küçük İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində saxlanılıb.

Vətəninfo.az xəbər verir ki,  istintaq çərçivəsində Cem Küçük barəsində “açıq şəkildə yanlış məlumat yaymaq” və “şantaj” ittihamları ilə saxlanılma qərarı verilib.

Qərarın icrası İstanbul Vilayət Jandarma Komandanlığının Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Cem Küçük saxlanılaraq ifadəsinin alınması üçün jandarma idarəsinə aparılıb.

Hazırda onun jandarmada dindirilməsi davam edir. İstintaqın gedişi ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə məlumat verilməyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki