image-1675936268_1backend

Türkiyəli repçi 72 saatdan sonra dağıntılar altından XİLAS EDİLDİ

image-reklam_sirab_01

“Knock Out” ləqəbi ilə tanınan repçi Hikmet Ağca Türkiyənin Hatay şəhərində baş verən dəhşətli zəlzələdən 72 saatdan sonra dağıntılar altından xilas edilib.

Bu haqda repçi sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada məlumat verib.

“Dostlar, telefonu yeni əlimə aldım. Buralar çox pis haldadır. Mən şanslı olanlardanam. 72 saat studiyanın altındakı zirzəmidə 3 metrlik divarın altında qaldım. Allah razı olsun, “AFAD” əməkdaşları xilas etdi. Nə qədər insan zəng edib, yazıb. İndi yaxşıyam, burnum belə qanamadı”, – deyə H.Ağca vurğulayıb. 
Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 12873-ə yüksəlib. Yaralıların sayı isə 62937 nəfərə çatıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki