image-222backend

Türkiyənin əməliyyatları ABŞ-ı da qorxutdu

image-reklam_sirab_01
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyənin Suriyada terror təşkilatı PKK/YPG-yə qarşı davam etdirdiyi əməliyyatlara görə ABŞ əsgərlərinin təşkilatla birlikdə bölgədəki patrullarını azaldıb. Vətəninfo.az xəbər verir ki, 
Pentaqonun sözçüsü Briqada generalı Patrik Rayder Türkiyənin təhlükəsizlik narahatlıqlarını anladıqlarını, lakin Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyanın şimalındakı əməliyyatlarından narahat olduqlarını bildirib.

 

Rayder terror təşkilatı PKK/YPG -nin Türkiyə əməliyyatları ilə bağlı patrullarını azaltdığını, ABŞ-ın isə paralel olaraq patrul sayını azaltdığını bildirib. Bundan əlavə, Rayder ABŞ-ın Suriyadakı hərbçilərinin bölgədən geri çəkilmədiyini qeyd edib.

Türkiyənin Suriyada mümkün quru əməliyyatından narahat olduqlarını ifadə edən Ryder, Türkiyə ilə yaxın təmasda olduqlarını bildirib. “Dövlət katibi Ostin tezliklə həmkarı (milli müdafiə naziri Hulusi Akar) ilə danışacaq”, – Rayder bildirib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki