image-66666backend

Türkiyənin Müdafiə nazirinin müavini olan azərbaycanlı: Şuay Alpay hansı məşhur qaçağın nəvəsidir?

image-reklam_sirab_01

“Bir xalqın varlığını yox etmək istəyirsənsə, o xalqın keçmişini, tarixini silmək kifayətdir”- Mustafa Kamal Atatürk… Elə məhz buna görə sovetlər dövründə, 70 il ərzində tariximizi məhv edilib. Arxiv sənədləri məhv edilib. Bu gün tariximizi yaza bilməməyimizin, sənədləri toplaya bilməməyimizin bir səbəbi məhz tariximizin məhv edilməsidir. Ancaq xalqımız bütün təzyiqlərə təhdidlərə baxmayaraq, öz qəhrəmanlarını yaddan cıxarmayıb, onlara dastan qoşaraq yaşadıb. Adına dastan qoşulan qəhrəmanlardan biri də keçən əsrin əvvələrində Gəncəbasar zonasında ad cıxaran Qaçaq Məmmədqasımdır.

image-8888

Məmmədqasım 1897-ci ildə Gəncə quberniyası Samux nahiyyəsinin Tomulu kəndində anadan olub. Kiçik yaşlarından at minməyi, sərrast atəş açmağı ilə seçilən Məmmədqasım tez bir zamanda bütün Gəncə basarda məşhurlaşır. Birinci Dünya müharibəsində ağır döyüşlərin iştirakçısı olan Məmmədqasım, müharibədən sonra doğma kəndinə qayıdır. Qaçaq Məmmədqasımın öz cəsurluğu ilə bütün Gəncəbasarda məşhurlaşması sözsüz erməniləri qıcıqlandırmaya bilməzdi. Məhz onları donosları ilə Məmmədqasım Tiflisdə 1919-cu ildə həbs edilir. Lakin tez bir zamanda da o, həbsdən azad edilir.

Qaçaq Məmmədqasımın həyatında Gəncə mühüm rol oynayır. O məhz Gəncədə Cümhuriyyət hökümətinin tanınmış simaları ilə tanış olur. Polkovnik Cahangir bəy Kazımbəyli, Gəncənin general-qubernatoru Xudadat bəy Rəfibəyli ilə tanışlığı möhkəm dostluğa çevrilir. Gəncə üsyanının əsas təşkilatçılarından biri olan Qaçaq Məmmədqasım üsyana hazırlıq çərçivəsində hər gün Gəncədə gəzir əhalini məlumatlandırırdı. Bu barədə Gəncədə yaşayan erməni zərgər Samvel Arakelyan öz şahid ifadəsində bunları deyib:”Üsyan başlamazdan 3 gün əvvəl mən şəhərdə məşhur qaçaq “Kasum Kaçaqlarski”(Qaçaq Məmmədqasımla) ilə qarşılaşdım. O stansiyada 3-4 nəfərlə durmuşdu. Məni saxlayıb dedi: ”
-Bir neçə gündən sonra sizə və ruslara Şamxordakındanda artıq divan tutacayıq. Şəhərdə bir nəfərdə olsun nə erməni, nə də bolşevik qalmayacaq.
Onun bu qəzəbli danışığı məni qorxutduğundan birbaşa 20-ci diviziyanın komandiri Velikanovun qərəgahına gəldim. Mən Qaçaq Məmmədqasımın dediklərini olduğu kimi Velikanova danışdım. O mənə acıqla qışqırdı:
-Sən təxribatçısan. On gün vaxt verirəm əgər üsyan olmasa səni həbs etdirəcəyəm. Çıx get və bu şaiyəni heç yerdə yayma.”

Hər şey Qaçaq Məmmədqasımın dediyi kimi oldu. 3 gündən sonra üsyan başladı. Bolşeviklər və ermənilər baş verən hadisələrə inanmaq istəmirdilər. Ancaq bir anın içində Gəncədə elə bil barıt partladı. Aparılan təbliğat və cağırış öz nəticəsini vermişdi. Və usyan öncəsi polkovnik Cahangir bəy Kazımbəyli və Qaçaq Məmmədqasım əhalini üsyana səsləyən cağırış etdilər. Cahangir bəy Kazımbəylinin tarixi çıxışı üsyanın miqyasını daha da artırdı:” Qoy, biz məğlub olaq, lakin düşmən də öz qələbəsinə doğru yüzlər və minlərlə ölüsünün meyitləri üzərindən yerisin. Qoy, 28 May təkcə istiqlal elanı günü kimi deyil, həmdə tariximizə vətən uğrunda şəhidlər verdiyimiz gün olaraq daxil olsun. Qoy, 28 May düşmən həyat və ölüm mübarizəsi ilə qarşılaşsın. 28 May günündə düşmənə cavabımız Ruhumuzun böyüklüyünün, mənəvi qabiliyyətimizin simvolu olacaqdır. ”

Üsyan başlayan kimi Qaçaq Məmmədqasım öz dəstəsi ilə Gəncədəki erməni silahlılarını tərkisilah etməyə başladı. Bunun səbəbi var idi. Hələ üsyandan öncə Qaçaq Məmmədqasım adamları vasitəsilə üsyan olacağını ermənilərə catdıraraq, ermənilərin reaksiyasını yoxlayırdı. O ermənilərin silahlanaraq bolşeviklərə dəstək verəcəyini bildikdən sonra isə gecə ilə erməni məhəlləsindəki dəstələrə hücum edərək onları məğlub etdi. 2 saatlıq qanlı döyüşdə 300-dən artıq erməni silahlısı məhv edildi.

1964-cü ildə Türkiyədə çap olunan “Allah qoruyunca” adlı xatirələr kitabında Qaçaq Məmmədqasım yazırdı:”1920-ci il mayın 24-də bolşevik hökumətinə qarşı ilk üsyan Gəncədə alovlandı.Şəhərdə yerləşən bolşevik qərəgahını ələ keçirtdik. Yalnız ermənilərin himayəsi ilə bolşeviklər şəhəri top atəşinə tutmağa nail oldular. Mən Samuxdan 250 nəfər könüllü toplayaraq Gəncəyə qayıtmaq istəyirdim. Qarasaqqal ətrafında bolşeviklərin 500 nəfərlik dəstəsi ilə üzləşdik. İki saatlıq qanlı döyüşdə bolşeviklər darmadağın edildi. Bu döyüşdə 420 bolşevik əsgəri məhv edildi. Gəncəyə gəlib üsyançılarla birləşdik. Üsyanı Şeyx Cahangir bəy, Qaçaq Qənbər, Sarı Ələkbər, Tatoğlu Həsən idarə edirdilər. Gəncə üsyançıları bütün çətinliklərə baxmayaraq mətinliklə mübarizə aparırdılar. Lakin Gəncədə yaşayan ermənilər şəhər əhalisinə xəyanət etdi. Məhz bu xəyanətin nəticəsində üsyan amansızlıqla yatırıldı. Şəhərdən qaçmaq istəyən insanların bir yolu var idi. Onlar Quşqara çayını keçməli idilər. Üsyan günlərində elə bil təbiətdə Gəncədən üz döndərmişdi. Birinci dəfə idi Quşqara cayının belə daşdığının şahidi olurdum. Amansız sel minlərlə insanı öz ağuşuna alıb aparırdı. Xilas olmaq istəyən qız gəlinlər düşmənə təslim olmamaq üçün özlərini çaya atırdılar. Öz ismətlərini, namuslarını qoruyan qızlarımız heç nədən çəkinmədən özlərini ölümün ağuşuna atırdılar. Bu mənzərəni görmək çox dəhşətli idi. Üsyan amansızlıqla yatrıldı. Ancaq bu usyanın qığılcımı uzun illər davam etdi.”

Gəncə üsyanından sonra silahını yerə qoymayan Qaçaq Məmmədqasım qardaşları Əsəd və Ələslə birlikdə ətrafına topladığı igid oğullarla birlikdə bolşeviklərə qarşı savaşa başladı. Qaçaq Məmmədqasım Gəncə basar zonasında bolşevikləri bir neçə dəfə ağır məğlubiyyətə uğratdı.

Xalqın bolşeviklərə nifrətinin hədsiz olduğunu anlayan Qaçaq Məmmədqasım yeni üsyana başlamaq qərarına gəlir. Lakin bolşeviklərin onun hərəkət trayektoriyasını nəzarətdə saxladığını görən Qaçaq Məmmədqasım əhalini üsyana sövq edə bilmirdi. 1930-cu ilin aprelində Şəkidə baş verən üsyana Məmmədqasım ətrafına topladığı atlı dəstə ilə dəstək verdi. Üsyanın mərkəzi Baş Göynük kəndi idi. Lakin bu üsyan da amansızlıqla yatrıldı.

Qaçaq Məmmədqasım “Allah qoruyunca” adlı xatirələr kitabında yazırdı:”Şəki üsyanı məğlub olduqdan sonra bütün diqqətlər mənim üzərimə cəmlənmişdi. Mircəfər Bağırov nə yolla olur olsun məni aradan götürməyə calışırdı. Dəfələrlə mənimlə şəxsən görüşmək üçün təkliflər göndərsə də mən bu təkliflərdən imtina edirdim. Çünki, mən onların səmimiyyətinə inanmırdım. Mənim dəstəmə qoşulan Mərdan adlı gəncin əslində NKVD əməkdaşı, milliyətçə erməni Samvel Avetisyan olduğunu öyrəndim. Onun gecə ilə sorğu sual edib, tezliklə mənə qarşı böyük hücumun olduğunu öyrəndim. Məhz onun danışması nəticəsində dəstəmdə olan 2 ermənini də aşkar etdik. Hər üç erməni həmin gecə öldürüldü. Yeni planıma əsasən Sabirabada bolşeviklərə aöır zərbə vurmalı idim. Qurulmuş plana uyğun olaraq bolşevikləri mühasirəyə saldım. Bu döyüşdə 230 bolşevik əsgər və zabiti öldürüldü. Ermənilərdən ibarət olan bolşevik dəstəsini isə Sarısuda məğlubiyyətə uğratdım. Bu döyüşdə 30 nəfər itirsəkdə, ermənilərin 140 nəfərlik dəstəsini tamamilə məhv etdik.”

Qaçaq Məmmədqasım 1933-cü ilin yanvar ayında İran ərazisinə keçir. Öz dəstəsi ilə İran ərazisində məskunlaşsada, bolşeviklər yenə onlara qarşı təxribatlar törətməkdə davam edirdilər. 1933-cü ilin yayında Məmmədqasımın dəstəsində 8 nəfər müəmmalı şəkildə karvansarada öldürülür. Bunun təxribat olduğunu anlayan Məmmədqasım 1933-cü ilin oktyabrında İrandan Türkiyəyə keçir. Öz dəstəsi ilə Türkiyəyə keçən Məmmədqasım bir müddət sonra qardaşı Əsədlə Elazıq şəhərinə köçür. Ömrünü xalqının azadlığı yolunda mücadiləyə həsr edən Qaçaq Məmmədqasım 69 yaşında 1967-ci ildə Elazıqda vəfat edir. Cəsur Azərbaycan oğlu Elazıq şəhər qəbirstanlığında uyuyur.

Bu gün Türkiyə Silahlı Qüvvələrində Qaçaq Məmmədqasımın nəslindən olan çoxsaylı zabitlər xidmət edir. Qaçaq Məmmədqasımın nəvəsi, Şuay Alpay 2015-ci ildən Türkiyənin Milli Müdafiə Nazirinin   müavinidir.

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki