Türkiyənin ilk reaktiv pilotsuz qırıcısı “Bayraktar Kızılelma” ilk uçusunu həyata keçirib.
Bu barədə “Baykar” şirkətinin rəhbəri Səlcuq Bayraktar məlumat verib.
Qeyd edək ki, “Bayraktar Kızılelma” ilk dəfə avqustda Samsunda keçirilmiş texnologiya festivalında təqdim edilib. Pilotsuz təyyarənin həm aerodroma, həm də kiçik gəmilərə enib-qalxması nəzərdə tutulur.